Dekabrın 11-də Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri Brüsseldə görüşəcəklər.
Şərq Tərəfdaşlığının altı ölkəsindən beşi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna görşdə iştirak edəcək.
Xarici işlər nazirləri Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrelin sədrliyi ilə toplanacaqlar.
İclasda Avropa İttifaqının Qonşuluq və Genişlənmə Məsələləri üzrə komissarı Oliver Varheli də iştirak edəcək.
"Nazirlər Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq, onun uğurlarını təhlil edəcək və gələcək siyasət üçün konkret tövsiyələr verəcəklər", - təşkilatın bəyanatında deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.