Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi Qəzza zolağında 142 əməkdaşının həlak olduğunu bildirib.
Müvafiq bəyanat qurumun X sosial şəbəkəsində yerləşdirilib.
“Ehtiyacı olan insanlara yardım göstərmək üçün bölmələrimiz mümkün olmayan işləri görür. Qəzzadakı agentlik həmkarlarının əksəriyyəti ailələri ilə birlikdə hazırda vəfat edib. Biz 142 nəfərin ölümünə yas tuturuq”, - bəyanatda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.