Rusiyanın “Nezavisimaya qazeta” qəzeti 2023-cü ildə baş verən əsas 5 hadisəyə dair yazı dərc edib.
Qəzet Azərbaycanın Qarabağ məsələsini tam olaraq həll etməsini sözügedən siyahıya daxil edib.
“Azərbaycan Qarabağ məsələsini həll edib” adlı yazıda, həmçinin Ermənistanla Azərbaycan arasında dekabrın 13-ü baş tutan əsir mübadiləsi də vurğulanıb.
Bununla yanaşı, siyahıya Rusiyanın hazırkı Prezidenti Vladimir Putinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini 5-ci dəfə irəli sürməsi, Rusiya iqtisadiyyatının sanksiyalar fonunda artması, “Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri Yevgeni Priqojinin qiyamı və “Surovikin xətti”ndə Ukraynanın əks-hücumunun qırılması daxil edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.