AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzzada məcburi köçkün fələstinlilərin sıx olduğu ərazilərdə Hepatit A virusu yayılır - KİV

  • + A
  • - A
  • 18-01-2024, 18:04

    Qəzzada məcburi köçkün fələstinlilərin sıx olduğu ərazilərdə Hepatit A virusu yayılır -


    Qəzzada məcburi köçkün fələstinlilərin sıx olduğu ərazilərdə Hepatit A virusunun yayıldığı bildirilir.
    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zolağının Səhiyyə Nazirliyi münaqişə nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı bölgələrdə sıxlıq və gigiyena şəraitinin pis olması səbəbindən Hepatit A virusunun yayıldığını açıqlayıb.
    Belə ki, nazirlikdən verilən ikinci açıqlamada isə lazımi materialların əldə oluna bilməməsi səbəbindən CBC (tam qan analizi) analizlərinin istənilən vaxt dayandırıla biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
    İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları səbəbindən Qəzza zolağında məcburi köçkün vəziyyətinə düşən fələstinlilər çətin şərtlər altında yaşayır.
    Qeyd edək ki, səlahiyyətlilər epidemiyaların yayılma təhlükəsi barədə xəbərdarlıq edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR