Meta şirkəti yalan xəbərləri aşkar edən “CrowdTangle” proqramının fəaliyyətini avqustun 14-dən etibarən dayandıracaq.
Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, “CrowdTangle” proqramı feysbuk və instaqramda yalan xəbərləri, dezinformasiyanı, zorakılığın təbliğini vaxtında aşkara çıxarmağa imkan verir. Proqramdan ən çox jurnalistlər və tədqiqatçılar istifadə edirlər.
Belə ki, şirkət yeni proqram tətbiq edəcəyini bildirsə də, onun işə salınacağı vaxtı və funksionallığı barədə məlumat verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.