AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Fransız liseyi fəaliyyətini dayandırır - KİV

  • + A
  • - A
  • 19-04-2024, 15:22

    Bakı Fransız liseyi fəaliyyətini dayandırır -


    Bakı Fransız liseyi fəaliyyətini dayandırır.

    Azadmedia.az Report-a istinadla xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib.

    Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.

    Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək.

    ***

    Bakı Fransız Liseyinin fəaliyyətini dayandıracağı doğrudur.

    Bunu Oxu.az-a Elm və Təhsil Nazirliyindən bildiriblər.

    Qeyd olunub ki, liseyin şagirdləri valideynlərinin istəyi ilə Bakıdakı digər özəl və dövlət məktəblərinə yerləşdiriləcəklər.

    Xatırladaq ki, Bakı Fransız Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olub.

    Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR