Ukrayna Rusiyanın növbəti hücumlarının qarşısını ala bilər.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
Bildirilib ki, bu, ABŞ Konqresinin ayırdığı yardımın Ukraynaya daha tez çatması şərti ilə mümkün olacaq.
Həmçininhesabatda qeyd edilib ki, rəsmi Kiyev yardımın çatdırılmasını gözlədiyi müddət ərzində əlavə uğursuzluqlarla üzləşə bilər: “Məlumata görə, ABŞ-nin Ukraynaya hərbi yardımı, o cümlədən uzaqmənzilli ATACMS raketləri həftənin sonuna qədər Kiyevə çatacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.