ABŞ və Filippin Cənubi Çin Dənizində (SCS) artan gərginlik fonunda illik "Balikatan 2024" hərbi təlimlərinə başlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə "ABS-CBN News" məlumat yayıb.
Belə ki, "Məqsəd həqiqətən müharibəyə hazırlaşmaqdır. Burda gizlədilməli heç nə yoxxdur.Ordunu hazırlamasaq, bu, ölkəyə xələl gətirəcək", - deyə "Balikatan 2024" ün sözçüsü Maykl Lokiqo bildirib.
Bundan əlavə Filippin əsgəri qeyd edib ki, təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 km aralıda keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.