AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rafiq Nəsrəddinov adına 39 saylı tam orta məktəb "Robotex Türkiyə”nin qalibləri sırasında! - FOTOLAR/ÖZƏL

  • + A
  • - A
  • 22-04-2024, 18:32

    Rafiq Nəsrəddinov adına 39 saylı tam orta məktəb "Robotex Türkiyə”nin qalibləri sırasında! -


    Rafiq Nəsrəddinov adına 39 saylı tam orta məktəb

    Bakı, Antalya, 22 Aprel — Azadmedia.az


    Rafiq Nəsrəddinov adına 39 saylı tam orta məktəb "Robotex Türkiyə”nin qalibləri sırasında yer alıb.

    Belə ki, "Robotex Türkiyə”nin qalibi olan komandalar sırasında yer alan R. Nəsrəddinov adına 39 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev adına Beynəlxalq hava limanında böyük coşqu ilə qarşılanıb.

    Azadmedia.az
    xəbər verir ki, 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinalında 39 saylı tam orta məktəbi uğurla təmsil edərək qələbə qazanan komandanın üzvləri artıq Vətənə qayıdıblar.

    Qeyd edək ki, Hava Limanında qaliblərimizi daim şagirdlərinin hər bir uğurunda yanında olan məktəbin direktoru Tahirə Şükürova, direktor müavini Könül Rəhimova, şagirdlərin sinif rəhbərləri və sinif yoldaşları böyük təntənə və sevinclə qarşılayıblar.

    Nəzərinizə çatdıraq ki, "Robotex Türkiyə”nin qalibləri
    həmin məktəbin Steam müəllimi Qəhrəmanova Mahnur Alim qızının rəhbərliyində 6ç sinif şagirdi Məhəmməd Nəcəfov, sinif rəhbəri Şəhla Əhmədovanın olduğu 8ç sinif şagirdləri; Peyman Əliyev, Maqsud Şabanov, 8a sinif şagirdi Yaqub Yaqublu, 10-cu sinif şagirdi; İsa Şabanovdur.



    Nurşən Bəyəlizadə







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR