Şimali Koreya 600 millimetrlik çoxsaylı buraxılış raket sistemlərindən istifadə etməklə simulyasiya edilmiş nüvə əks-zərbəsinin buraxılması üzrə ilk kompleks taktiki təlim keçirib.
Azadmedia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Belə ki, ölkə lideri Kim Çen Inın rəhbərlik etdiyi təlimlərdə “Nüvə silahının tətiyi” və “Vulkan xəbərdarlığı” sistemlərindən istifadə olunub.
Həmçinin təlim zamanı hərbçilər 352 kilometr məsafədə yerləşən hədəfləri vurublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.