AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın böyük diplomatik uğuru

  • + A
  • - A
  • 23-04-2024, 20:05

    Azərbaycanın böyük diplomatik uğuru

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Beynəlxalq diplomatiya müstəvisində və xüsusilə post münaqişə dövründə heç bir hərbi güc tətbiq etmədən, hər hansı bir dövlətin və ya beynəlxalq təşkilatın vasitəciliyini istisna edərək, uzun illərdən bəri həllini gözləyən dövlət sərhədlərinin müəyyən edilməsi ən böyük nailiyyətlər sırasında xüsusi yeri tutur.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevral ayının 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində qətiyyətlə qeyd etmişdir ki, bizim Ermənistanla aramızda mövcud olan problemlərin həlli üçün heç bir vasitəçiyə ehtiyacımız yoxdur.

    Bu sözlərin arxasında fundamental siyası iradənin durmasının təsdiqi delimitasiya prosesinin başlanması və Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin müvafiq hissələrinin Sovet İttifaqı dövründə mövcud olan inzibati sərhədə uyğun, hazırda işğal altında olan 4 qeyri-anklav kəndin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsinin razılaşdırılmasıdır.

    Mühüm məqamlardan biri də ondan ibarətdir ki, tərəflər dövlət sərhədinin razılaşdırılmış hissələrində sərhəd xidmətlərinin şəxsi heyyətini eyni vaxtda və paralel olaraq yerləşdirilməsi üçün öz hökumətlərinə müraciət edəcəklər.

    Əldə edilən razılaşma dövlətlərarası təcrübədə geniş yayılan sıradan bir delimitasiya prosesi deyil, mahiyyətinə görə ücüncü qüvvələrin iştirakını tamamilə istisna edən böyük diplomatik uğurdur, çünki qeyd edilən prosesin bu istiqamətdən başlaması Azərbaycanın təkidli tələbi idi. İkinci Qarabağ müharibəsində döyüş meydanında əldə edilən Zəfərin davamı olaraq beynəlxalq münasibətlərdə qazanılan bu uğur əyani formada nümayiş etdirir ki,

    Ölkə Başçısının rəhbərliyi altında həyata keçirilən siyasi strategiya Azərbaycana hələ bir çox uğurlar qazandıracaq.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR