AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-də zərərli kiberfəaliyyətlər həyata keçirən üç iranlının başına 10 milyon dollar mükafat təyin edildi - Dövlət Departamenti

  • + A
  • - A
  • 24-04-2024, 15:34


    ABŞ-də zərərli kiberfəaliyyətlər həyata keçirən üç iranlının başına 10 milyon dollar mükafat təyin edildi -

    ABŞ qurumlarına qarşı kiberəməliyyatlar aparmaqda ittiham olunan üç İran vətəndaşı haqqında etibarlı məlumatı olan hər kəsi mükafatlandıracağıq.

    Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinə bağlı "Ədalət üçün Mükafat" proqramı özünün rəsmi internet səhifəsində və sosial media hesablarında bildiriş yayıb.

    Belə ki, “Xarici dövlətlərin nəzarəti və göstərişi ilə ABŞ-ın həyati infrastrukturlarına qarşı zərərli kiberfəaliyyətlər həyata keçirən Rza Kazımifər Rəhman, Hüseyn Məhəmməd Haruni və Komeyl Bəradəran Salmaninin yerinin müəyyən edilməsi barədə məlumat müqabilində 10 milyon dollara qədər mükafat veriləcək”, - deyə məlumatda bildirilib.

    Həmçinin bu üç nəfər ABŞ-ın 12 şirkətinə təşkil edilmiş çoxillik hücumlarda iştirak etməkdə, həmçinin ABŞ Dövlət və Maliyyə departamentlərinin kompüter sistemlərini sındırmağa cəhddə ittiham olunurlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR