AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belarus sərhədində vəziyyət Qərbin hərəkətləri səbəbindən getdikcə gərginləşir - Pavel Muraveyko

  • + A
  • - A
  • 26-04-2024, 14:59

    Belarus sərhədində vəziyyət Qərbin hərəkətləri səbəbindən getdikcə gərginləşir -


    Belarusun Polşa və Baltikyanı ölkələrlə sərhədində vəziyyət Qərbin hərəkətləri səbəbindən getdikcə gərginləşir və partlayış xarakteri alır.

    Azadmedia.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının baş katibinin birinci müavini Pavel Muraveyko deyib.

    Belə ki, “Ölkənin qərbində gərginlik nəinki artır, hətta o səviyyəyə çatıb ki, ən kiçik disbalans ciddi, rezonanslı, genişmiqyaslı təxribata səbəb ola bilər”, - deyə Muraveyko bildirib.

    Həmçinin onun sözlərinə görə, Qərb qoşunlarının Rusiya və Belarus sərhədləri yaxınlığında cəmləşməsi əvvəlki 20 illə müqayisədə ən yüksək həddə çatıb.

    Qeyd olunub ki, “Bunlar Baltikyanı ölkələrin və Polşanın qoşunları deyil. Bunlar NATO hərbi birləşmələri, bizim dövlət sərhədimizdən 15 km aralıda yerləşən Litvadakı Padrada poliqonundakı ABŞ alaylarıdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR