AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da hələ Ukraynaya verilə biləcək pulsuz "Patriot" yoxdur - Ceyk Sallivan

  • + A
  • - A
  • 26-04-2024, 23:17

    ABŞ-da hələ Ukraynaya verilə biləcək pulsuz "Patriot" yoxdur -


    ABŞ-da hələ Ukraynaya verilə biləcək pulsuz "Patriot" hava hücumundan müdafiə sistemləri yoxdur.

    Azadmedia.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

    Belə ki, "Amerika "Patriot" sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə ABŞ qoşunlarını qorumaq üçün yerləşdirilib. Əgər əlavə batareyalar əldə etsək, onları (Ukraynaya - red.) göndərəcəyik", - deyə Sallivan söyləyib.

    Həmçinin Sallivan əlavə edib ki, ABŞ Avropa və dünyanın digər regionlarındakı tərəfdaşlarını Kiyevi mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə inandırmaq niyyətindədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR