Gürcüstan parlamenti xüsusi təhlükəsizlik rejiminə qayıdır.
Azadmedia.az xəbər verir ki, bu gün parlamentin Hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaq.
Belə ki, bununla əlaqədar deputatların və parlament əməkdaşlarının təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət akkreditə olunmuş jurnalistlərə şamil edilməyəcək. Bir media qurumundan maksimum iki qrup parlamentə daxil ola biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.