Ötən gün Rusiya və Tacikistan xarici işlər nazirləri arasında telefon danışığı olub. Tacikistanın xarici işlər naziri Siracəddin Muhriddin Kremlin Mərkəzi Asiyadan olan miqrantlara münasibətindən qəzəbləndiyini bildirib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ABŞ-ın Müharibənin Araşdırılması İnstitutuna istinadən məlumat yayıb.
Belə ki, “O, Sergey Lavrovla telefon danışığında bildirib ki, Rusiya ərazisinə daxil olan və çıxan miqrantlara nəzarət etmək səyləri Tacikistan-Rusiya münasibətlərini gərginləşdirir. Muhriddin Rusiyanın Tacikistan vətəndaşlarının hüquq və azadlıqlarını pozduğunu vurğulayıb. İnsanlara bu cür münasibət Tacikistan-Rusiya dostluğu prinsiplərinə uyğun gəlmir. Muhriddin Lavrovun “Krokus”dakı terror aktından sonra Kremlin guya Rusiyada yaşayan bu və ya digər etnik və dini qruplara qarşı konkret addımlar atmadığı barədə bəyanatlarını yalan adlandırıb. Əksinə, Moskva yalnız Tacikistandan olan vətəndaşlara mənfi reaksiya verib. “Krokus”da baş verən terror aktından sonra Rusiya hakimiyyəti müsəlmanlara və taciklərə qarşı repressiyaları gücləndirib”, - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.