ABŞ dövlət katibi Entoni Blinken İsraildə səfərdədir.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Belə ki, onun sözlərinə görə, Baş katib Blinken İsraildədir və o, Baş nazir Netanyahu, Prezident Herzoq və girovluqda olan ABŞ vətəndaşlarının ailə üzvləri ilə görüşəcək.
Həmçinin Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.