AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AstraZeneca, COVID peyvəndinin qan laxtalanmasına səbəb ola biləcəyini etiraf etdi

  • + A
  • - A
  • 1-05-2024, 15:33

    AstraZeneca, COVID peyvəndinin qan laxtalanmasına səbəb ola biləcəyini etiraf etdi


    Qlobal biofarmasevtik şirkəti AstraZeneca ilk dəfə etiraf etdi ki, COVID-19 peyvəndinin nadir yan təsirləri qan laxtalanmasıdır. Azadmedia.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

    Nəşrin qeyd etdiyi kimi, peyvəndin xəstələrə ciddi zərər vurması, bəzi hallarda isə ölümlə nəticələnməsinə görə AstraZeneca-ya qarşı kollektiv iddia qaldırılıb. Zərərçəkmişlər və onların qohumları təqribən 125 milyon dollar məbləğində təzminat tələb edirlər.

    “Peyvənd çox nadir hallarda trombositopeniya sindromu (TTS) ilə tromboza səbəb ola bilər. Bunun səbəbləri məlum deyil”, – qəzet şirkətin məhkəmədə təqdim etdiyi sənəddən sitat gətirir.

    Teleqraf vurğulayır ki, trombositopeniya sindromu ilə tromboz qan laxtalarının əmələ gəlməsinə və trombositlərin sayının azalmasına səbəb olur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR