AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Bioloji Təbabət Klinikasında oftalmoloji şöbənin açılışı oldu

  • + A
  • - A
  • 2-05-2024, 08:30

    Masallı Bioloji Təbabət Klinikasında oftalmoloji şöbənin açılışı oldu

    29 aprel tarixində Masallı Bioloji Təbabət Klinikasının nəzdində Göz sağlamlığı və Cərrahiyyə Mərkəzinin açılışı oldu.

    Tədbirdə ilk çıxış edən Bioloji Təbabət klinikalarının direktoru Qüdrət Yaqubov qonaqları salamlayaraq, təsisçi, baş direktor Elxan Yaqubovun salamlarını da qonaqların diqqətinə çatdırdı.

    Qüdrət Yaqubov çıxış edərək qeyd etdi ki, Masallı Bioloji Təbabət Klinikasında oftalmoloji şöbənin açılışı Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın doğum gününə təsadüf etməsi onun oftalmologiya elminə verdiyi töhfələri davam etdirmək və cənub bölgəsinin vətəndaşlarına yüksək xidmət göstərmək məqsədi daşıyır. Daha sonra Qüdrət Yaqubov Zərifə xanım Əliyevanın oftalmologiya elminə verdiyi töhfələrdən geniş şəkildə məlumat verdi.

    Sonra isə, Masallı RİH aparatının əməkdaşı Nigar Əliyeva çıxış edərək, Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan bəhs etdi. Masallı Bioloji Təbabət klinikasının rayonumuzun eləcə də qonşu rayonların əhalisinə göstərdiyi tibbi xidmətlərin yüksək səviyyədə olduğunu xüsusi olaraq vurğulayan Nigar xanım klinikanın rəhbərliyinə və kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

    Tədbirin sonunda qonaqların və həkim personalın iştirakı ilə oftolmoloji şöbənin açılışı oldu. Oftolmoloji şöbədə yaradılan şəraitlə və müasir tibbi avadanlıqla bağlı qonaqlara geniş məlumat verildi.

    Qeyd edək ki, Masallı Bioloji Təbabət Klinikasında Ləman İsamyılovanın iştirakı ilə Cənubda ilk sığorta ilə göz əməliyyatı həyata keçiriləcək.

    Həftə içi hər gün Türkiyədən dəvətli cərrah-oftalmoloq Uzm. Dr. Ləman İsmayılova Masallı Bioloji Təbabət Klinikasında pasiyentlərin qəbulunu həyata keçirir.

    25 aprel - 31 may tarixlərində Türkiyədən dəvətli cərrah-oftalmoloq Uzm. Dr. Ləman İsmayılova Masallı Bioloji Təbabət Klinikasında ödənişsiz pasiyent qəbulu həyata keçirəcək.

    Müalicə edilən xəstəliklər və icra edilən əməliyyatlar:
    -Gözün ümumi müayinəsi;
    -Qapaq xəstəliklərinin müalicəsi və cərrahiyyəsi;
    -Göz yaşı yolları xəstəliklərinin müalicəsi və cərrahiyyəsi;
    -Kornea xəstəliklərinin müalicəsi və cərrahiyyəsi;
    -Konjoktiva xəstəliklərinin müalicəsi və cərrahiyyəsi;
    -Katarakt cərrahiyyəsi;
    -Glaukoma müalicəsi və cərrahiyyəsi;
    -Uvea xəstəlikləri diaqnozu və müalicəsi;
    -Retina xəstəliklərinin müalicəsi;
    -Orbita yaralanmaları cərrahiyyəsi və s.

    Təhsili:
    -Azərbaycan Tibb Universiteti, Müalicə Profilaktika Fakültəsi 2006-2012
    -M. Qasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya İxtisasi üzrə Rezidentura təhsili 10.2012 – 10.2015
    -19 Mayıs Universiteti Tibb Fakültəsi Oftalmoloji Ana bilim dalı (Turkiye) Göz Xəstəlikləri üzrə Uzmanlıq Təhsili 03.16– 10.2021
    -M.N. Eye Hospital Phaco and SİCS training proqramlar (Fellowship Proqramme) Hindistan, Chennai 05.2023

    İş təcrübəsi:
    -M. Qasımov adına Respublika Klinik Xəstəxanası – Oftalmologiya üzrə həkim rezident (10.2012 – 10.2015)
    -19 Mayıs Universiteti Tibb fakültəsi Oftalmoloji Ana bilim dalı, asistan doktor (03.2016– 10.2021)
    -Dünyagöz Xəstəxanası (İstanbul Altunizade) operator həkim (03.2022-02.2023).

    Qəbula yazılmaq və ətraflı məlumat üçün:
    (055) 532 89 88
    (025) 21 5 50 89
    (051) 311 03 03
    Masallı Şəhəri, Elşad Hüseynov küç. 🔹 Diqqət, Ödənişsiz Həkim Qəbulu!














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR