AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib - FOTO

  • + A
  • - A
  • 4-05-2024, 17:24


    Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib -


    Masallı, 4 may — Azadmedia.az


    Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib.

    Azadmedia.az xəbər verir ki, 03 may 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib.

    Belə ki, qəbulda rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
    Növbəti qəbulda rayonun müxtəlif ərazilərindən ümumilikdə 20 nəfərə yaxın vətəndaş müraciət edib.
    Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilib, qeydiyyatı aparılıb.
    Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlarını verib.




    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR