AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abşeron rayonunda “Yaşıl dünya” ekoloji-incəsənət forumu keçirilib

  • + A
  • - A
  • 5-05-2024, 11:36

    Abşeron rayonunda “Yaşıl dünya” ekoloji-incəsənət forumu keçirilib

    Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya” Eco-Art Forum keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında baş tutan tədbirdə RİH başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon Təşkilatının nümayəndələri, rayon ictimaiyyəti, idarə, təşkilat, müəssisələr və respublika üzrə incəsənətin müxtəlif növləri ilə məşğul olan sənətkarlar iştirak edib.

    Tədbir iştirakçıları əvvəlcə incəsənətin müxtəlif növləri ilə məşğul olan sənətkarların əl işləri və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub, 500 nəfər gəncin iştirakı ilə hazırlanmış “COP 29” adlı fləşmobu izləyiblər.

    Forum çərcivəsində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunan bədii hissədə məktəbəqədər, orta ümumtəhsil müəssisələrin, eləcə də uşaq incəsənət məktəblərinin şagirdlərindən ibarət rəqs kollektivləri hazırladıqları nömrələri təqdim ediblər.

    Heydər Əliyev Mərkəzində keçirilən Forumun panel müzakirələrində RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyevin xüsusi diqqətində olan ətraf mühitin qorunması siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlərin qeyd olunduğunu bildirib, Abşeron rayonunun bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələri ilə zəng olduğunu vurğulayıb. G.Rəhimova həmçinin qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

    Daha sonra Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İB-nın idarə heyətinin üzvü Leyla Musayeva, Şəbəkə ustası Tofiq Rəsulov, kəlağayı ustası Mürşüd Talıbov, rəssamlar Təranə Səid və Rauf Şamilzadə çıxış edərək incəsənətin müxtəlif növlərinin incəlikləri, təbiətlə əlaqələri və təbiətin qorunmasına yaradıcı təfəkkürün təsiri və töhvələri barəsində fikirlərini bölüşüblər.

    Qeyd edək ki, “Yaşıl dünya” ekoloji incəsənət forumunun məqsədi ölkəmizin ev sahibliyi etdiyi COP29-un məqsəd və məramlarına əsaslanaraq ətraf mühitin qorunması, mövcud təbii resurslardan səmərəli istifadə, habelə mədəniyyətin bütün sahələrinin tarixiliyini yaşadaraq müasir dövrə inteqrasiyası, ənənəvi sənətkarlığın təbliği, milli mədəni irsin qorunması o cümlədən yeniyetmə və gənclərin incəsənət və sənətkarlıq sahələrinə maraqlarının daha da artırılması, peşə təhsilinin stimullaşdırılması və düzgün ixtisas seçiminə yönləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi üçün geniş platformanın yaradılmasıdır.

















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR