Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyi dəqiqləşib.
Bu barədə məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb.
Simonyan jurnalistlərin Paşinyanın andiçmə mərasimində iştirak etmək üçün Moskvaya səfər edib-etməyəcəyi ilə bağlı suala “Xeyr” cavabını verib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediası öz mənbələrinə istinadən Paşinyanın Putinin andiçmə mərasimində iştirak etməyəcəyini yazmışdı.
Onu da qeyd edək ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə 12:00-da keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.