Kibercinayətkarlar 2023-cü ildə Almaniya biznesinə və fiziki şəxslərə 205,9 milyard avro zərər vurublar.
Azadmedia.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezerin hesabatında deyilir.
Belə ki, “Bitkom” federal informasiya texnologiyaları assosiasiyası tərəfindən 2023-cü ildə qeydə alınan zərər 205,9 milyard avro təşkil edib”, - deyə hesabatda bildirilir.
Həmçinin sənədə əsasən, kibercinayətlər nəticəsində 800-dən çox şirkətə və müxtəlif qurumlara zərər dəyib. Həmçinin xaricdən törədilən cinayətlərin sayı 30 faiz artıb. Hesabatda yer alan məlumata görə, bu statistika “aysberqin görünən hissəsidir”, belə ki, 10 hadisədən yalnız 1-də polisə məlumat verilir.
Qeyd edək ki, Nazir Rusiyanın Ukraynada apardığı müharibə səbəbindən kiber təhlükəsizliklə bağlı vəziyyətin xüsusilə gərgin olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.