Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılıq əsasında yerləşdikləri Ermənistan ərazisindəki dislokasiya məntəqələrini tərk etməyə başlayırlar.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Baqramyan 26” Teleqram kanalı məlumat yayıb.
Belə ki, bunlar Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuşdakı məntəqələrdir.
Qeyd edək ki, bu razılığa Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən görüşdə gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.