AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 15-05-2024, 20:58

    MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə  “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim keçirilib -



    Bakı, 15 May — Azadmedia.az

    Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə media nümayəndələri üçün 15 may 2024-cü il tarixində “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim keçilmişdir.

    Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist Natiq Məmmədli “Media subyektlərinin redaksiya siyasəti”, “Jurnalistlərin peşə davranış qaydaları və sosial şəbəkələrdə fəaliyyət” adlı sessiyalarda çıxış edərək bütün dünyada nüfuzlu media qurumlarının peşə etikası qaydalarını ehtiva edən kodeks əsasında işlədiyini, Azərbaycanın peşəkar mətbuatının da eyni yolu izlədiyini diqqətə çatdırıb. Vurğulanıb ki, müasir informasiya mühitində operativ və effektiv məlumatlandırmanın media ilə aparıldığını nəzərə alaraq, redaksiya siyasətini müəyyənləşdirən bu kodekslər media qurumunun məqsədini, rəhbər tutduğu dəyərləri, yürütdüyü missiyanı həm öz əməkdaşları, həm də cəmiyyət üçün aydın formada təsvir edir. O qeyd edib ki, media cəmiyyətdə ictimai fikri, sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir, bu mənada jurnalist hazırladığı materialı qərəzsiz və obyektiv təqdim etməli, birtərəfliliyə yol verməməlidir.

    Üçüncü və dördüncü sessiyalarda isə Natiq Məmmədli tərəfindən “Rəqəmsal mühitdə media brendinin qorunmasında yol verilən pozuntular” və “Sosial şəbəkələrdə jurnalist nüfuzunun qorunması problemləri” mövzusunda vörkşop təşkil olunub və ətraflı fikir mübadiləsi aparılıb.

    Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

    Qeyd edək ki, Azadmedia.az-ın redaktoru Ülkər Piriyeva da təlimdə iştirak edib.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR