Bu gün yerli vaxtla səhər saat 08:00-dan etibarən İranda prezident seçkilərinə səsvermə başlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Belə ki, seçki prosesində 60 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərir.
Ümumilikdə, 61 milyon 452 min 321 nəfər səsvermə hüququna malikdir.
Həmçinin səsvermə axşam saat 18:00-a kimi davam edəcək.
Qeyd edək ki, dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır - İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf, Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkian.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.