Nəqliyyat vasitələrini xidməti parklanma yerində ödənişsiz saxlaya biləcək subyektlərin əhatə dairəsi genişləndirilir.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişikliklər barədə danışan deputat Kamal Cəfərov deyib.
O bildirib ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilməlidir:
“İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada da “sükanı tutmadan hərəkət etmək” sözünün əvvəlinə “sükanı olduğu halda” sözlərinin əlavə edilməsi təklif edilir”.
Qeyd edək ki, qanunvericilikdə skuterlərlə bağlı müddəalar yeni anlayışdır. Dəyişikliyə əsasən, skuterin sükanından tutmadan idarə edən şəxslər inzibati məsuliyyətə cəlb ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.