Ermənistan SEZAR artilleriya sistemlərinin onuncu müştərisi olub. Müvafiq qərar Ermənistanın müdafiə naziri Suren Papikyanın "Eurosatory" müdafiə sərgisinə səfəri zamanı verilib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİVyazıb.
Bildirilib ki, Ermənistan 36 ədəd "Sezar" alacaq ki, bu da iki artilleriya batalyonunu təchiz etməyə kifayət edir. Bundan əlavə, KNDS şirkəti Ermənistan Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq haqqında müqavilə də imzalayıb. Ehtiyat hissələri ilə yanaşı, müqaviləyə 155 mm-lik döyüş sursatı partiyalarının tədarükü daxildir.
Hələ ötən ilin noyabrında bir neçə senator bu avadanlığın effektivliyini və 2024-cü ildə "Nexter"in yeni istehsal imkanlarını nəzərə alaraq, "Sezar" artilleriya sistemlərinin çatdırılmasının mümkün qədər tez araşdırılmasını tövsiyə etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.