Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.
Azadmedia.az “Tasnim”ə istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin 2 işçisi həlak olub.
Belə ki, hadisə zamanı daha 5 nəfər yaralanıb.
Qeyd edək ki, İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.