AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda səslər tam şəkildə sayıldı - KİV

  • + A
  • - A
  • 29-06-2024, 19:44

    İranda səslər tam şəkildə sayıldı -


    İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

    Belə ki, bunu ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami bildirib.

    Onun sözlərinə görə, 12 058 843 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 5 354 000 səslə liderlik edir. Onun ardınca 4 875 269 səslə Səid Cəlili ikinci, Məhəmməd Bagir Qalibaf 1 620 628 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 95172 səslə dördüncü sırada qərarlaşıb.

    ***

    İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

    Bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami bildirib.

    19 069 713 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 8 302 577 səslə liderliyini qoruyur.

    7 189 756 səslə Səid Cəlili ikinci, Məhəmməd Bagir Qalibaf 2 676 512 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 158 314 səslə dördüncü sırada qərarlaşıb.

    Nəticələrə əsasən, iyulun 5-i seçkilərin ikinci turu nəzərdə tutulur.

    ***

    İranda seçici səslərinin hamısı sayılıb, 24 535 185 bülleten etibarlı, 1 056 159 bülleten etibarsız hesab edilib.

    Bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami deyib.

    Onun sözlərinə görə, Məsud Pezeşkian 10 415 901 səslə liderdir. Səid Cəlili 9 473 298 səslə ikinci, Məhəmməd Bagir Qalibaf 3 383 340 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 206 397 səslə dördüncü sırada qərarlaşıb.

    Beləliklə, namizədlərdən heç biri seçkidə iştirak edən seçicilərin səsinin 50%-dən çoxunu toplamadığı üçün 5 iyulda ikinci tur keçiriləcək.

    İkinci turda ən çox səs toplayan iki namizəd – Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq.

    Qeyd edək ki, İranda 61 milyon 452 min 321 seçici var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR