NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen Almaniya kansleri Olaf Şoltsu Ukraynanı dəstəkləməkdə çox tərəddüd etməsinə görə tənqid edib.
O, “N-TV” ilə söhbətində Şoltsun siyasətinin onu sülh deyil, əbədi müharibənin kansleri etdiyini bildirib.
Onun sözlərinə görə, Almaniya Ukraynaya silah verməkdə çox tərəddüd edir:
“Biz hamımız “Leopard” tankları ilə bağlı aylarla davam edən müzakirələri xatırlayırıq. İndi kansler “Taurus” uzaqmənzilli raketlərini təmin etməkdən imtina edir. Mən həqiqətən başa düşmürəm. Bu tərəddüdlər yalnız Putinə müharibəni davam etdirmək üçün əlavə stimul verir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.