AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Russneft” Azərbaycandakı aktivlərindən çıxdı

  • + A
  • - A
  • 1-07-2024, 19:22


    Rusiyanın “Russneft” şirkəti Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.

    Bu barədə şirkətdən məlumat verilib.

    Qeyd edilib ki, “Russneft” şirkəti Britaniya-Virciniya şirkəti (GEA) Holdings Ltd.” əlaqələrini kəsib. “GEA Holdings Ltd” şirkəti isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşdır. GEA vasitəsilə "Russneft" "Abşeron", "Binəqədi", "Nefteçala" və "Şirvan" yataqlarının işlənməsində iştirak edib.

    Kayman adalarından olan 4 şirkət də "Russneft"in strukturundan xaric edilib. Beləliklə, “Russneft”in xarici istehsal aktivləri qalmayıb.

    Şirkətin Azərbaycandakı hasilat həcmi son illər hesabatlarda açıqlanmasa da, 2019-cu ildə “Russneft” 500 min tona yaxın neft hasil etmək niyyətini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR