AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

  • + A
  • - A
  • 15-03-2026, 12:00

    Ağcabədidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

    Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gecə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus “VAZ-2106” markalı maşınla toqquşub.

    Toqquşmanın təsirindən “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

    Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü Rövşən İsmayılov, onun sərnişini Eldəniz Əbülfət oğlu Məmmədov, həmçinin “Chevrolet”in sürücüsü Saya Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü Gülüm İxtiyar qızı Mehralıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR