AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kolumbiyada hərbi baza yaxınlığında hücum: ölənlər var

  • + A
  • - A
  • Bu gün, 16:20

    Kolumbiyada hərbi baza yaxınlığında hücum: ölənlər var


    Kolumbiyanın qərbində hərbi baza yaxınlığında pilotsuz uçuş aparatlarından istifadə edilməsi və minalanmış yük maşınının partladılması nəticəsində azı 4 nəfər həlak olub.

    Bu barədə Tolima departamentinin qubernatoru Adriana Maqali Matiz sosial şəbəkənin X platformasındakı hesabında məlumat verib.

    Hadisə noyabrın 2-nə keçən gecə hərbi bazanın yerləşdiyi ərazidə, Planadas bələdiyyəsində baş verib.

    Qubernatorun sözlərinə görə, hücum nəticəsində ilkin məlumata əsasən, 4 nəfər həyatını itirib. Ölənlər arasında cəmi iki aylıq körpə də var.

    “Planadasda baş verən hücum nəticəsində ilkin məlumata görə, dörd nəfər həlak olub. Onların arasında cəmi iki aylıq körpə də var”, – deyə Adriana Maqali Matiz bildirib.

    “Tiempo” qəzetinin məlumatına görə, partlayış nəticəsində bir neçə yaşayış binasına ciddi ziyan dəyib. Bundan başqa, apteklərdən birində yanğın baş verib.

    Bələdiyyənin meri Xuan Kamilo Uehe Rivera isə təhlükəsizlik tədbirləri çərçivəsində sosial şəbəkələrdə komendant saatının tətbiq olunduğunu elan edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR