Bakıda yerləşən zoomağazada qadına qarşı fiziki zorakılıq törətməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə qərarı qəbul edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı əsasında həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Komitə bildirib ki, qadınlara qarşı fiziki və psixoloji zorakılıq heç bir halda qəbul edilə bilməz və buna bəraət qazandıracaq heç bir səbəb yoxdur. Qeyd olunub ki, bu cür əməllər insan hüquqlarının kobud şəkildə pozulması olmaqla yanaşı, cəmiyyətin təhlükəsizliyi və mənəvi dəyərlər üçün ciddi təhlükə yaradır.
Məlumatda vurğulanıb ki, qadınlara qarşı zorakılıq hallarında qanunun aliliyi təmin edilməli, təqsirkar şəxslər isə qanunvericiliyə uyğun olaraq ciddi hüquqi məsuliyyətə cəlb olunmalıdırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.