Məktəblinin qətlində ailədən açıqlama

Əmi: Təqsirləndirilən yeniyetmənin anlaqsız elan edilməsi üçün sənəd hazırlanır
Bakıda sinif yoldaşını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən yeniyetmənin məsuliyyətdən yayındırılmağa çalışıldığı iddia olunur.
Bu barədə mərhum A.Ağayevin əmisi Zöhrab Ağayev məlumat verib.
Z.Ağayev bildirib ki, təqsirləndirilən A.Hüseynovun yaxınları onun ruhi xəstə olması barədə sənəd hazırlatdırmağa çalışırlar. O, bununla yeniyetmənin cinayət məsuliyyətindən azad edilməsinə cəhd göstərildiyini iddia edib.
Əmisinin sözlərinə görə, oktyabrın 5-də A.Hüseynov A.Ağayevi məktəbin arxasına çağırıb və orada bıçaqlayıb. Yaralı şagird daha sonra xəstəxanada vəfat edib.
Z.Ağayev həmçinin bildirib ki, hadisədən əvvəl də təqsirləndirilən yeniyetmə ilə digər şagirdlər arasında insident yaşanıb.
Mərhumun ailəsi hadisənin hərtərəfli və obyektiv araşdırılmasını, hüquqi qiymət verilməsini istəyir.
Qeyd edək ki, Bakının Nizami rayonunda orta məktəblərdən birinin 9-cu sinif şagirdinin sinif yoldaşını bıçaqlayaraq öldürməsi ilə bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.