AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tərtərdə qəza- 8 nəfər yaralandı

  • + A
  • - A
  • 20-07-2020, 21:40

    Tərtərdə qəza- 8 nəfər yaralandı

    Tərtərdə 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    AzadMedia.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarağacı kəndində qeydə alınıb.

    Belə ki, "Hyundai" markalı minik avtomobili hərəkətdə olan zaman idarəetməni itirərək qarşıdan gələn "Chevrolet" markalı minik avtomobili ilə toqquşub.
    Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    2 qadın yüngül xəsarət aldığı üçün evə - ambulator müalicəyə buraxılıb.

    Digər 6 nəfər Əlisoy Ehtiram, Atayev Arzuman, Almazov Sahil, Hüseynov Hüseyn, Nəbiyev İslam, Əlizadə Elşən ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Yaralılardan 1-i Bakıya, 2-si isə Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR