AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda mənzilə basqın: ölən və yaralananlar var – FOTO

  • + A
  • - A
  • 23-06-2017, 10:04

    Bakıda mənzilə basqın: ölən və yaralananlar var – FOTO

















    Bakıda bir qrup şəxs mənzilə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb.

    Apa.az xəbər verir ki, insident paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

    Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetiriblər.

    Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Mahirə Əliyeva xəstəxanada keçinib.

    Faktla bağlı polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR