AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaxda hotellərdə COVID-19 pasportu ilə əlaqədar yoxlamalar keçirilib

  • + A
  • - A
  • 5-09-2021, 19:43


    Qaxda karantin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarların icrası ilə əlaqədar nəzarət-yoxlama tədbirləri davam etdirilir.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə,polis əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən hotellərdə monitorinq aparılıb və mövcud tələblərin yerin yetirilməsinə nəzarət olunub.
    Belə ki, planşet vasitəsilə orada qalan qonaqların COVID-19 pasportlarının olub-olmaması yoxlanılıb, həmçinin, otellərin inzibatçıları ilə izahedici söhbətlər aparılıb. Sentyabrın 1-dən etibarən tətbiq edilən yeni qaydaya əsasən gələn qonaqlardan COVID-19 pasportu tələb etmələrinin vacibliyi vurğulanıb, əks təqdirdə belə hallar aşkarlanarsa onların barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR