AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb oldu, turistlər xəsarət aldı

  • + A
  • - A
  • 10-11-2017, 10:14

    Bakıda yağışlı hava şəraiti qəzaya səbəb oldu, turistlər xəsarət aldı














    Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub, turistlər xəsarət alıb.
    AZTB.info Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Koroğlu Rəhimov küçəsində baş verib.

    Belə ki, 90 SZ 133 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Paşayev Nəsimi Mahmud oğlu "Report"un hadisə yerində olan əməkdaşlarına bildirib ki, o avtomobili idarə edərkən qəfil arxa təkərlər yaş asfaltın üstündə sürüşüb.
    Nəticədə avtomobil yol kənarında dayanan 90 ZS 994 dövlət qeydiyyat nişanlı "Jeep" markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra "Nissan" beton səkiyə çırpılıb. Nəticədə "Nissan"da olan iki İraq vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobillər isə ciddi ziyan dəyib.

    Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü N.Paşayevin izahatı alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR