Bakının mərkəzində yaşayış binası yanır — Sakinlər təxliyə edildi - YENİLƏNİB / FOTOLAR
![]()
Bakıda yaşayış binasında yanğın davam edir.
AZTB.info-nun APA-ya istinadən məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.
Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.
Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.
Sakinlər binadan təxliyə olunub.
***
Bakıda yaşayış binasında yanğın başlayıb.
"Ölkə.Az"ın APA-ya istinadən məlumatına görə, hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Alovun qarşısının alınması üçün tədbirlər görülür.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.