DİN-in Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
- *Fevralın 1-də ölkə ərazisində qeydə alınan* 80, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 57, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.
***
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
*Fevralın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng və 9 ədəd patron təhvil götürüblər.*
***
*Fevralın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 12 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 230 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.*
***
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 1-də ümumi çəkisi 44 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
*Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,8 kiloqramdan artıq heroin, 24,9 kiloqramdan çox marixuana, 7,5 kiloqramdan çox metamfetamin, həmçinin 350 dəd metadon həbi olub.*
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
***
*Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 1-də Xankəndi şəhəri ərazisində* 4 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 3 qumbara, 2 ədəd müxtəlif markalı tüfəng, 50 ədəd patron darağı, 2129 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
***
Quldurluq əməlində şübhəli bilinən axtarışda olan şəxs saxlanılıb
*Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* fevralın 1-də rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan Astara rayon sakini, əvvəllər məhkum olunmuş İbrahim Əlizadə saxlanılıb.
*Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.*
***
Bank kartından oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 1340 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.
*Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən* Göygöl rayon sakinləri Kamil Qasımov, qardaşı Murad və Gəncə şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
***
*Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə* Masallı rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan Məmmədov saxlanılıb. Ondan 50 ədəd metadon həbi götürülüb.
*Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı isə oradan ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb.*
Narkotik vasitələrin 2 kiloqram 538 qramı heroin, 1 kiloqram 517 qramı metamfetamin, 7 kiloqramdan artığı isə marixuana olub.
***
*Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə saxlanılan* Bərdə rayon sakini İlkin Bəylərlidən 620 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
***
Oğurluq
*Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə* Binə qəsəbəsi ərazisində evlərin birindən 2000 manat dəyərində 2 ədəd kondisioner və naqil oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Tağı Tağıyev saxlanılıb.
Araşdırma aparılır.