Azərbaycan nefti bahalaşıb

“Azeri Light”ın qiyməti 124,76 dollar olub
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Azərbaycan neftinin 1 bareli 124,76 ABŞ dollarına yüksəlib. Bu, əvvəlki göstərici ilə müqayisədə 5,5 dollar və ya 4,6% artım deməkdir.
Ötən gün “Azeri Light” 119,26 dollardan ticarət edilib.
Xatırladaq ki, Azərbaycan neftinin rekord minimum qiyməti 15,81 dollarla 2020-ci il aprelin 21-də, maksimum qiyməti isə 149,66 dollarla 2008-ci ilin iyulunda qeydə alınıb. 2026-cı ilin dövlət büdcəsində neftin orta qiyməti 65 dollar müəyyənləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.