Bu gün, may ayının 10-da Ərkivan qəsəbəsində 100 yerlik uşaq bağçasının təməlqoyma mərasimi keçirilib. Tədbirdə Masallı İHB-nin başçısı Şahin Məmmədov iştirak və çıxış edib. Tədbirdə həmçinin Masallıdan seçilən millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, yerli sahibkarlar Qalib Məmmədov, Sücayət Qasımov, Ərkivan qəsəbə uşaq bağçasının müdiri Reyhan Əmənova və başqaları çıxış edib.