AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Toylarda menyunun qiyməti artacaq – Səbəb

  • + A
  • - A
  • 22-06-2021, 22:54


    Bu gün 15 aydan sonra, nəhayət toylara rəsmi icazə verildi, amma müəyyən şərtlərlə. Sosial şəbəkələrdə insanlar toy olması xəbərinə sevinclərini ifadə etsələr də, toy keçirilməsi üçün açıqlanan şərtlər birmənalı qarşılanmadı. Xatırladaq ki, iyulun 1-dən etibarən toyların keçirilməsinə icazə qərarında qaydalardan birinə görə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.
    Bu qərar əksər sahinkarlarda narazılıq yaradıb. Bəs, əslində vəziyyət necədir. Bu qaydanın hansı üstünlükləri və ziyanları var?
    Azadmedia.az bu sualla iqtisadı məsələlər üzrə ekspert Elnur Fərzəliyevə müraciət etdi. Elnur müəllim sorğumuza cavab olaraq bildirdi ki, bizlərə gülünc qərar kimi görünsə də, əslində vergidən yayınmanın qarşısını almaq ücün ağıllı formada düşünülmüş bir qərardır: “Bu cür tələblərdən sonra nə restoran sahibləri vergidən yayına biləcək, nədəki toyda iştirak edən musiqiçilər”.
    Restoran sahiblərini narazı salan səbəbəbə gəlincə, onların bütün işçilərini rəsmi qeydiyyatdan kecirsə, əlavə olaraq onlara görə də vergi ödəməli olacağını bildirən ekspert vurğuladı ki, bütün bu əlavə xərclər təbii ki, toy sahiblərinin menyu qiymətlərinə yüklənəcək.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR