AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan kriptovalyuta mədənçilərini vurduqca Bitcoin şəbəkəsinin gücü azalır

  • + A
  • - A
  • 7-01-2022, 01:22


    Azadmedia.az Röyter-ə istinadən xəbər verir ki, Bitkoin şəbəkəsinin qlobal hesablama gücü, ölümcül üsyan zamanı Qazaxıstanda internetin bu həftə bağlanması ölkənin sürətlə inkişaf edən kriptovalyuta mədən sənayesinə zərbə vurduğundan kəskin şəkildə aşağı düşüb.
    Kembric Alternativ Maliyyə Mərkəzinin məlumatına görə, Çinin kriptovalyuta fəaliyyətini məhdudlaşdırmasından sonra Qazaxıstan keçən il ABŞ-dan sonra dünyanın ikinci ən böyük bitkoin istehsalı mərkəzinə çevrildi.

    Rusiya ciddi nəzarət altında olan keçmiş Sovet dövlətində zorakılıqların yayılmasından sonra ölkə daxilində üsyanı yatırmağa kömək etmək üçün cümə axşamı Qazaxıstana paraşütçülər göndərdi. Qeyd edək ki, polis əsas şəhər Almatıda onlarla iğtişaşçını öldürdüyünü bildirib, dövlət televiziyası isə təhlükəsizlik qüvvələrinin 13 əməkdaşının öldüyünü bildirib.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR