AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda qəzalı binalarla bağlı komissiya yaradılıb, siyahı hazırlanır

  • + A
  • - A
  • 26-04-2022, 10:19

    Bakıda qəzalı binalarla bağlı komissiya yaradılıb, siyahı hazırlanır

    Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb.

    Bakı Şəhər İcra Hakimiyyətindən Azadmedia.az-a verilən məlumata görə, icra hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılan komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib.

    Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanması təmin edilməsi tapşırılıb.

    Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.

    Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR