AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Xoşbəxt günlər gələcək...”

  • + A
  • - A
  • 9-06-2021, 10:18


    Vətənim-Azərbaycan,
    Qəhrəmanlar yurdudur!
    İgidlərə can qurban,
    Hər biri bir ordudur!

    Qarabağı aldılar,
    44 Gün buna yetdi!
    30 ilin həsrəti,
    Hicranı burda bitdi!

    Bu Böyük Qələbəni,
    Şəhidlər qazandırdı.
    Qazilər və əsgərlər,
    Düşmənləri sındırdı!

    Firavan günlər gəldi,
    Ana-bala qovuşdu!
    Adın göyə yüksəldi,
    Təhlükələr sovuşdu!

    Hədəf də bəlli oldu,
    Türk də türklə birləşdi!
    Qəlblər qürurla doldu,
    Məhəbbət dərinləşdi!

    Komandan da söylədi:
    “Zəngəzur bizim yoldu!”
    Hamı dedi: “Öylədi!”
    Yaşasın Milli Ordu!

    Ölkəmizin bayrağı,
    Hər yerdə dalğalandı!
    Dostlarımız sevindi,
    Düşmən alışıb yandı!

    Artıq geriyə yol yox!
    Daim gedək irəli!
    Ulu xalqım, mərd xalqım,
    Görsün xoşbəxt günləri!

    Fərid M.Bayramlı,


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR