Sosial şəbəkələrdə “Azərbaycan” kültür dərgisində 1957-ci il 15-ci sayında dərc olunan bir yazını paylaşırlar və bu yazıda iddia edilir ki, Hacı Zeynalabdin Tağıyevin Bakıdakı tekstil fabrikasının adı bolşeviklər tərəfindən dəyişdirilərək “Lenin tekstil fabrikası” adı verilir. Bunu eşidən Hacı Tağıyev Nərimanovun yanına gedir və etiraz edir ki, niyə Leninin adını qoyursuz. Guya bu sözlərdən qorxan Nərimanov həbs etdirir onu. Bu əslində kökündən yanlış bir məlumatdır və dərgidə dərc edilən yazının istinad edildiyi əsas müəllif Nağı bəy Şeyxzamanlının dediklərindir. Lakin N. Şeyxzamanlının bəhs etdiyi hadisə əslində dost məclisində deyilən bir söhbətdir və bu tamamilə bir səhv məlumatdır. O dövrün sənədlərində, milis qeydiyyatında və təhlükəsizlik xidmətinin arxiv sənədlərində Hacı Zeynalabdin Tağıyevin həbs olunması barədə heç bir məlumat yoxdur.
Bu Nağı bəyin Sovet quruluşuna qarşı olan nifrətindən doğan bir fikir olub, reallıqda isə belə bir fakt heç bir mənbədə yoxdur. Əslində, H.Z.Tağıyev heç vaxt bolşeviklər tərəfindən həbs olunmayıb. Hacının 1920-1924-cü illərdə təhlükəsiz yaşaması, Mərdəkandakı bağ evinin müsadirə edilməyərək onun ixtiyarında saxlanılması yeni hökumətin, xüsusilə də Nəriman Nərimanovun sayəsində baş verib. Hətta Nəriman Nərimanov Azərbaycanı işğal edən bolşevkilərin ölüm siyahısından Hacı Zeynalabdin Tağıyevin çıxarılmasının birbaşa səbəbkarı olub. Bir çox insanları güllələnmədən xilas edən Nərimanov sayəsində Hacı Zeynalabdin Tağıyev də xilas olur. İndi isə bir qədər ətraflı. 1917-ci il inqilabı Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyev arasında bir dərin uçurum yaratdı. 1918-ci ilin mart hadisələrindən sonra, Cümhuriyyət zamanı Nərimanov Həştərxana yollandı. Tağıyevsə bu hadisələr zamanı İranda yaşayırdı. O, proseslər zamanı hadisələrin ona və ailəsinə təsir etməsindən çəkinirdi. Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsidən sonra Bakı və digər rayonlarda,güclü represiyyalar...
Zaur Əliyev, dosent
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.