15-16 aprel 2025-ci il tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Mingəçevir şəhərinə qastrol səfəri baş tutub.
Qeyd edək ki, bu qastrol səfərləri mübadilə xarakteri daşıyırdı - Mingəçevir Dövlət Dram Teatrının artistləri Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Herostratı unudun!” tamaşası ilə çıxış etmişdilər. Məşhur dramaturq Qriqori Qorinin pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Emin Mirabdullayevdir.
Qastrol səfəri proqramı çərçivəsində Mingəçevir Dövlət Dram Teatrında rejissor Rauli Türkkanın quruluşunda “Şən gəzinti” və “Bremen şəhərinin musiqiçiləri” tamaşaları təqdim olunub. Mingəçevirlilər sənət adamlarını hərarətlə və qonaqpərvərliklə qarşıladılar. Hər iki tamaşa gurultulu alqışlarla qarşılandı və tamaşaçılar truppanı təkrar qastrol səfəri ilə öz şəhərlərinin səhnəsində yenidən görmək arzusunu ifadə etdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.